
Baş prokuror Kamran Əliyevin dəvəti ilə Vyetnamın Baş prokuroru Nquyen Tiyenın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdə olub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Baş nazir Əli Əsədov tərəfindən qəbul olunub. Görüşdə Baş prokuror Kamran Əliyev də iştirak edib. Tərəflər ölkələrimiz arasında dostluq münasibətlərinin mövcud olduğunu bildirib, iqtisadiyyat, ticarət, investisiya və digər istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğu qeyd edilib.
Bundan başqa, nümayəndə heyəti Milli Məclisin sədri Sahibə Qafarova tərəfindən qəbul olunub. Görüş zamanı ölkələrimiz arasında siyasi və diplomatik əlaqələrin inkişaf tarixinə nəzər yetirilib və müşahidə edilən müsbət dinamikadan məmnunluq ifadə olunub. Həmçinin qanunvericilik aktlarının qəbul edilməsi və təkmilləşdirilməsi sahələrində parlamentlə prokurorluq orqanları arasında əməkdaşlıq təcrübəsi də müzakirə olunub.
Səfər proqramına uyğun olaraq, nümayəndə heyəti Konstitusiya Məhkəməsində olub. Sədr Fərhad Abdullayev qonaqlara məhkəmənin fəaliyyəti və Azərbaycan Konstitusiyasında insan hüquqlarının təminatları ilə bağlı məlumat verib. Xüsusi qeyd edilib ki, Azərbaycanın Baş Prokurorluğu qanunvericiliyin şərh olunması ilə bağlı məhkəməyə sorğuların ünvanlanmasında aktivliyi ilə fərqlənir.
Keçirilən görüşlər qarşılıqlı əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətli olub.
Qeyd edilənlərdən əlavə, səfər proqramı çərçivəsində qonaqlar 7 saylı “ASAN xidmət” mərkəzində yaradılmış iş şəraiti, vətəndaş məmnunluğuna əsaslanan xidmət modeli, rəqəmsal idarəetmə və operativ xidmət mexanizmləri ilə yerində tanış olublar. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və burada tətbiq olunan innovasiyalar barədə ətraflı məlumat verib.
Həmçinin nümayəndə heyəti səfər zamanı xalqımızın zəngin mədəni-mənəvi irsi ilə, o cümlədən Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri başa çatıb.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










