
İran və ABŞ əsas məsələlər üzrə anlaşma əldə ediblər və Tehran Vaşinqtonla memorandumun razılaşdırılması prosesinin son mərhələsindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə cümə günü İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verib.
İRNA agentliyinin yaydığı məlumata görə, o bildirib: “Hazırda əksər məsələlər üzrə razılıq əldə olunub və biz daxili koordinasiyanın son mərhələsindəyik”.
XİN nümayəndəsi vurğulayıb ki, sənədin imzalanma vaxtı, yeri və digər təfərrüatları diplomatik prosesin gedişindən asılı olacaq. Daha əvvəl ABŞ Prezidenti Donald Tramp sənədin bu həftəsonu imzalana biləcəyini bildirmişdi.
Eyni zamanda, İsmayıl Bəqayi Vaşinqtonun İran məsələsi ilə bağlı ziddiyyətli bəyanatlarını danışıqlar prosesində potensial problemlərdən biri kimi qiymətləndirib.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










