
Bəzi tarixlər zamanın axarında itib getmir, xalqın taleyinə çevrilir. 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin qorunduğu, milli birliyin bərpa olunduğu və gələcəyə aparan yolun müəyyənləşdiyi belə tarixi günlərdən biridir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva deyib.
Ombudsman bildirib ki, 1993-cü ildə Azərbaycan ağır siyasi böhran, parçalanma təhlükəsi və müstəqilliyini itirmək riski ilə üz-üzə qalmışdı. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev həmin mürəkkəb dövrdə böyük məsuliyyəti öz üzərinə götürərək xilaskarlıq missiyasını həyata keçirdi. Onun zəngin dövlətçilik təcrübəsi, uzaqgörən baxışı, qətiyyəti və siyasi müdrikliyi sayəsində ölkədə sabitlik bərqərar olundu, dövlətçilik əsasları möhkəmləndirildi və Azərbaycanın bu gün də uğurla davam etdirdiyi inkişaf yolunun möhkəm təməli qoyuldu.
“Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətində insan amili hər zaman xüsusi yer tutub. Onun rəhbərliyi ilə hazırlanmış Azərbaycan Konstitusiyasında insan hüquq və azadlıqları ali dəyər kimi təsbit edilib, onların qorunması dövlətin əsas vəzifələrindən biri kimi müəyyən olunub. Bu yanaşma ölkəmizdə demokratik dəyərlərin, qanunun aliliyinin və insan hüquqlarına hörmət mədəniyyətinin formalaşmasına güclü təkan verib.
Məhz bu siyasətin məntiqi davamı olaraq Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində mühüm institusional mexanizmlər yaradılıb, o cümlədən İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) təsisatı formalaşdırılıb. Bu gün Ombudsman təsisatı insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaş müraciətlərinə həssas yanaşmanın təmin edilməsi, hüquqi maarifləndirmənin genişləndirilməsi və insan hüquqları mədəniyyətinin inkişafı istiqamətində fəaliyyətini uğurla davam etdirir”, – deyə Səbinə Əliyeva qeyd edib.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










