Milli Məclis “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin iyunun 30-da keçirilən iclasının gündəliyinə daxil edilib.
Qeyd edilib ki, büdcənin icrası 2025-ci ildə makroiqtisadi sabitliklə, xüsusilə 1,4 faizlik iqtisadi artımla, 5,6 faizlik orta illik inflyasiya ilə, cari hesablar üzrə tədiyyə balansının 3,5 milyard ABŞ dolları səviyyəsində müsbət saldosu ilə müşayiət olunub, ölkənin strateji valyuta ehtiyatları 85,1 milyard ABŞ dollarına çatıb. Hesabata əsasən, gəlirlər proqnoz rəqəmlərini üstələyib. Belə ki, 2025-ci il üzrə dövlət büdcəsinin gəlirləri 39,2 milyard manat olmaqla, proqnoza qarşı 829 milyon manat və ya 2,2 faiz çox icra edilib. Dövlət büdcəsinin xərcləri proqnozun 93,2 faizi həcmində və ya 38,6 milyard manat icra edilib.
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











