
Venesuelada dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 2595 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, insan tələfatı barədə cümə gününədək olan məlumatı prezident vəzifəsini icra edən Delsi Rodriges mətbuat konfransında açıqlayıb.
O, nə qədər insanın itkin düşdüyü barədə dəqiq rəqəm səsləndirməyib. Mediada yayılan qeyri-rəsmi məlumatlara görə isə təxminən 38 min 500 nəfər itkin düşüb.
Delsi Rodriges axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini, hələ də sağ qalanların dağıntılar altından çıxarıldığını bildirib.
Xatırladaq ki, Venesuelada ötən çərşənbə axşamı günü bir-birinin ardınca 7,2 və 7,5 bal gücündə iki dağıdıcı zəlzələ baş verib. Təbii fəlakətdən ən çox zərər ölkənin şimalındakı La-Quayra ştatına dəyib.
















“Polis Günü”nə həsr olunan fləşmob keçirilib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub











