
Vaqif Poeziya Günləri çərçivəsində Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, “Azercell Telekom” MMC və “Aztelekom” MMC-nin tərəfdaşlığı ilə Şuşanın mərkəzində “Kitab dayanacağı” – ilk açıq hava kitabxanası istifadəyə verilib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi mədəniyyət paytaxtımız Şuşanın tarixi və ədəbi mühitinin təbliği, eləcə də şəhər sakinləri və qonaqları üçün mütaliə imkanlarının genişləndirilməsidir.
Açılış mərasimində mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, “Azercell”in Korporativ ünsiyyət departamentinin direktoru Sona Abbasova iştirak ediblər.
Çıxışlarda bildirilib ki, açıq hava kitabxanası konsepsiyasında yaradılan layihə – “Kitab dayanacağı” 24 saat fəaliyyət göstərəcək. Şuşa sakinləri və şəhərin qonaqları burada təqdim olunan kitablardan sərbəst şəkildə istifadə edə biləcəklər.
“Kitab dayanacağı”nın ilk qonağı müasir Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, Xalq şairi Vahid Əziz olub. Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının sədri, şair, esseist Fərid Hüseynin moderatorluğu ilə keçirilən görüşdə Xalq şairinin yaradıcılıq yolundan söz açılıb.
Vahid Əziz şeirlərini səsləndirib, tədbir iştirakçılarının suallarını cavablandırıb.
















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











