
Yay mövsümündə paytaxtın sanitar-təmizlik səviyyəsinin daha da yüksəldilməsi məqsədilə iyulun 25-də Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən şəhərdə növbəti daxili iməcilik keçirilib.
BŞİH-dən AZƏRTAC-a verilən məlumata görə, aksiya çərçivəsində şəhər mərkəzindəki prospekt və küçələrlə yanaşı, paytaxt qəsəbələrində də əsaslı təmizlik işləri görülüb. Səhər saatlarından etibarən xüsusi texnikalar vasitəsilə bitki və canlılara zərər verməyən yuyucu maddələrdən istifadə olunaraq küçələr, səki kənarları, bordürlər, işıq dirəkləri və məhəccərlər yuyulub.
İməcilik zamanı park və istirahət yerlərindəki oturacaqlar təmizlənib, yol kənarlarındakı ticarət və iaşə obyektlərinin vitrinləri səliqəyə salınıb. Eyni zamanda, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları ağacların və yaşıllıqların üzərinə yığılan toz-torpağı yuyub, onlara aqrotexniki qulluq göstərib, zədələnmiş budaqları budayıb və yeni güllər əkiblər.
Paytaxtın bütün rayonlarını əhatə edən bu genişmiqyaslı təmizlik tədbiri şəhərin ümumi sanitar vəziyyətinin yaxşılaşdırılmasına xidmət edib.
















Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub











