Təhsil naziri Mikayıl Cabbarov təhsil müəssisələrində Xocalısoyqırımının 25-ci ildönümünün keçirilməsi barədə əmr imzalayıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, əmrə əsasən, Xocalısoyqırımının iyirmi beşinci ildönümünün keçirilməsi ilə əlaqədar nazirliyin Tədbirlər Planı təsdiqlənib.
Fevralın 24-də ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində ilk dərs Xocalı soyqırımına həsr ediləcək.
Tədbirlər planında fevral ayında ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş tədbirlərin (xatirə gecələri, foto və rəsm sərgiləri, şahidlərlə görüşlər və s.) keçirilməsi, milli azadlıq uğrunda mübarizəyə həsr olunmuş sənədli və bədii filmlərin nümayişinin təşkili öz əksini tapıb.
http://www.apa.az/xeber-az/sosial_xeberler/fevralin-24-de-butun-tehsil-muessiselerinde-ilk-ders-xocali-soyqirimina-hesr-edilecek.html

















Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub











