“Biz sizi Minsk qrupunun sülh yolu ilə və davamlı həlli tapmaq istiqamətindəki səylərinə dəstək olması üçün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı şəxsi nümayəndəniz və onun missiyasına tam dəstək göstərməyə çağırırıq”.
APA-nın məlumatına görə, bunu ABŞ-ın ATƏT-dəki nümayəndəliyinin müvəqqəti işlər vəkili Harri Kamian ATƏT sədri Ancelino Alfanonun ötən gün Daimi Şuradakı müraciəti ilə bağlı çıxışı zamanı deyib.
“Biz 2017-ci ildə Cenevrədə Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşün ümidverici işarələrini nəzərə almalıyıq”, – deyə ABŞ rəsmisi bildirib.

















Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub











