Daşnak nümayəndələri ətraflarına çoxlu könüllü dəstələr yığaraq müharibə gedən Türk ərazilərində qadın, uşaq, qoca və əlilləri amansızcasına doğrayıb tökürdülər.
A.Lalayan. 1918-1920-ci illərdəki qırğınlar haqqında. «İnqilabi Şərq» jurnalı, N 2-3, 1936. Moskva* * *
Ara bir az sakitləşən kimi Şuşanı yenə gördüm. Şəhərin Türk məhəlləsində daş-kəsək yığınlarından başqa bir şey qalmamışdı. Bütün evlər yandırılmış, onların sahibləri isə öldürülmüşdü. Eyni hal Xankəndindəki Türk məhəlləsinin də başına gətirilmişdi… Bakıda ermənilər ingilislərin yardımı ilə böyük neft şəhərini ələ keçirdilər və şəhərin Türk əhalisindən 25.000 nəfərini qırdılar.
Ohanes Apresyanın xatirələrindən. Leonard Ramsden Hartvill. «İnsanlar belədir. 1918-1922-ci illər Azərbaycan hadisələri bir erməninin xatirələrində». ABŞ, İndianapolis, «Bobbs Meril kompani» nəşriyyatı, 1928.
***
Erməni alimi S.Zaveryan təsdiq edirdi ki, 1905-ci ildə azərbaycanlılar qırğına məruz qalan zaman, Şuşada 12, Cavanşir bölgəsində15, Cəbrayılda 5, Zəngəzurda 43, cəmi 75 müsəlman Türk kəndi yandırılıb dağıdılmışdır.
S.Zavaryan. Ekonomiçeskie usloviya Karabaxa i qolod 1905-1907 q. Perevod s armyanskoqo, Sankt-Peterburq (SPb), 1907, s 61.
21.07.2015
















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











