E.ə. 321-ciildə yaranmışdı. Banisi Atropat idi. Bu dövlət rəsmən Mada, sonralar isə özünün ilk hökmdarının adı ilə tez-tez antik qaynaqlarda Atropatena adlandırılırdı. Urmiya gölü ətrafında və Arazboyu (müasir Cənubi Azərbaycan, İran Kürdistanı və müxtəlif dövrlərdə Şimali Azərbaycanın bəzi torpaqları) ərazidə yerləşirdi. Antik mənbələrə görə, e.ə. III əsrin 20-ci illərində şah Artabazan dövründə Atropatenanın ərazisi Arazdan şimalda Rioni çayının yuxarı axarlarınadək uzanaraq İberiyanın müəyyən hissəsini də əhatə edirdi. 244-cü ildə Atropatena Sasani şahı I Şapur tərəfindən istila edildi. Orta fars (pəhləvi) abidələrində Adurbadaqan (hərfən “odun himayəsində olan ölkə”) adlanan qədim Atropatena III yüzildən Sasani dövlətinin tərkibinə onun ayrılmaz hissəsi kimi daxil olur.
Azərbaycan məfhumunun özü, həmçinin onunla bağlı siyasi və etno-mədəni xarakterli hadisələr və vəziyyətlər məhz Atropatena dövründə təşəkkül tapmağa başlamışdı. Paytaxtı Qazaka (və ya Qanzaka) şəhəri idi.
«TarixiAzərbaycanDövlətləri», Bakı, 2012, s.56


















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










