Gündüz müəllimin vəfatından az qala 4 ay keçir.
4 ay.
Dünyasını dəyişmiş insanların 40 mərasiminin yetişdiyini eşidəndə adətən vaxtın necə də tez keçməsi ilə bağlı mülahizələr yürüdürük. Başını yelləyib dünyanın fani olması ilə bağlı min illik həqiqəti təkrarlayanlar da olur…
Gündüz müəllimsiz keçən aylar ərzində zaman bir dəfə də yerişinə haram qatmadı. Və mən dəqiqliyi ilə bilirəm…. Bilirəm ki, yaşadıqlarımızın dilini yüyrək edən elə Gündüz müəllimin dedikləri, danışdıqları idi.
Gündüz müəllim indi şəkillərin dili ilə danışır…
Çox fotogenik adam idi. Özü də bilirdi bunu. Amma onunla çəkdirdiyimiz bütün şəkillər mənim təşəbbüsümlə köçüb kameranın yaddaşına.
Çox sərrast ifadələri vardı. Amma yerinə düşəcəyi şübhə doğurmayan ifadələri qənaətlə işlədərdi.
Çox, lap çox kitab oxumuşdu. Oxuduqlarını yaddaşına yazmışdı. Amma biliklərini həvəssiz nümayiş etdirərdi. İmkan tapan kimi nimdaş bilik zərrəciklərinin çeşidli “prezentasiya”larını təşkil edənlərin fonunda qəribə görünürdü Gündüz müəllim.
Xəstəliklə mücadilə aparırdı. Amma dərd zənbilinin içindəkiləri kiminsə çiyninə tökməyə meylli deyildi. Yaxşı olduğunu deyirdi həmişə soruşanlara. Özünə yox, halına yananlara təskinlik verirdi…
İndi həmin təskinliyi tapmaq müşkül bir işə çevrilib. Riyaziyyatdan yaxşı baş çıxaran Gündüz müəllim çox- məchullu həyat tənliyini tam həll etmədi. Və getdi.
Dünyanı həmişəlik tərk etsə də yaddaşlarda qalmağı bacarıb Gündüz müəllim.
Bəlkə, həyat tənliyini elə belə həll etmək lazımdır?
Heç kimin qarşısında əyilmədən yaşamaq.
Getmək.
Və yaddaşlarda qalmaq.
Gündüz kimi.
















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











