Bakıda və Abşeron yarımadasında müşahidə edilən güclü küləkli hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərə üz tutan vətəndaşlara təkrar müraciət edib.
FHN-dən AZƏRTAC-a verilən məlumata görə, mövcud hava şəraitində dənizə girmək birbaşa insan həyatı üçün ciddi təhlükə yaradır. FHN əhalini bədbəxt hadisələrdən qorunmaq üçün müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.
Nazirliyin müraciətində deyilir: “Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!”
Vətəndaşlardan xahiş olunur ki, təhlükə ilə qarşılaşdıqları və ya köməyə ehtiyac duyduqları zaman dərhal FHN-in “112” qaynar xətti ilə əlaqə saxlasınlar.
















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











