Bu ilin yanvar-sentyabr aylarında ölkədə 38,2 milyard kubmetr təbii qaz hasil edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz çoxdur.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qazın 10,2 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 20,9 milyard kubmetri “Şahdəniz”in, 1,2 milyard kubmetri “Abşeron” yatağının, 5,9 milyard kubmetri isə SOCAR-ın payına düşüb.
Doqquz ay ərzində xaricə qaz ixracı 0,54 faiz azalaraq 18,3 milyard kubmetr təşkil edib. Bunun 9,4 milyard kubmetri Avropanın, 7,3 milyard kubmetri Türkiyənin (o cümlədən TANAP-la 4,3 milyard kubmetr), 1,6 milyard kubmetrə yaxını isə Gürcüstanın payına düşüb.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 oktyabr 2025-ci il tarixinədək 665,1 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə), 497,7 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 613,6 milyon ton neft, 240 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 51,5 milyon tona yaxın kondensat, 257,7 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə 663 milyon ton neft, 185,7 milyard kubmetr qaz ixraca nəql edilib.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










