
Bu gün növbəti köç karvanı ilə Ağdam şəhərinə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 110 ailə olmaqla, 417 nəfər köçürülüb. Ağdama köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Çıxış edənlər doğma yurdlarına qayıdan sakinlərə təbriklərini çatdırıb, onlara firavan həyat arzulayıblar.
Sonra ailələrə mənzillərin açarları təqdim olunub. Doğma yurda qayıdışın sevincini yaşayan Ağdam şəhəri sakinləri sevinc hissi ilə 2-ci yaşayış kompleksindəki yeni mənzillərində yerləşiblər.
Qeyd edək ki, 13 hektardan çox ərazini əhatə edən 2-ci yaşayış kompleksində 60 bina inşa olunub. Kompleksdə 114-ü birotaqlı, 464-ü ikiotaqlı, 536-sı üçotaqlı, 154-ü dördotaqlı olmaqla, ümumilikdə, 1268 mənzil var. Ərazidə genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, daxili yollar çəkilib, idman və uşaq oyun meydançaları, velosiped zolağı, yerüstü və yeraltı avtomobil dayanacaqları yaradılıb.
13:26
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Mayın 26-da Ağdam şəhərinə yola düşən növbəti köç karvanı ünvana çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu mərhələdə 110 ailə olmaqla, 417 keçmiş məcburi köçkün doğma yurda – Ağdam şəhərinə qovuşub.
Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Müxbir – Tahir Ağaməmmədov
















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











