
2026-cı ilin sonunadək həm Ağdam-Xankəndi dəmir yolunun, həm də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sədrinin müşaviri Arif Ağayev Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişindaşımanın başlanmasına həsr olunmuş tədbirdə deyib.
O bildirib ki, Qarabağda növbəti layihə Ağdam-Xankəndi dəmir yolunun tikintisi ilə bağlıdır.
“Bu il iyulun 3-də Prezident İlham Əliyev Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub. Xəttin layihələndirilməsi tamamlanıb. Həmçinin Əsgəran və Xocalı stansiyalarının konsept layihələri hazırlanır, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin layihələndirilməsinə başlanılıb. Qarabağla yanaşı, Şərqi-Zəngəzur iqtisadi regionunda da dəmiryol infrastrukturu bərpa edilir. Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilmə işlərinin 84 faizi tikinti-quraşdırma işlərinin isə 67 faizi yekunlaşıb”, – deyə sədrin müşaviri vurğulayıb.
















Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb











