Nikol Paşinyanın Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi şərh etməsi cəfəngiyatdır.

AZƏRTAC Almaniyada fəaliyyət göstərən “Alumni” onlayn platformasına istinadən xəbər verir ki, bu sözləri Bundestaqda Xristian Demokratik Partiyasını təmsil edən Nikolas Löbel Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən səsləndirilən təxribat xarakterli fikirləri şərh edərkən deyib.
Deputatın sözlərinə görə, Almaniya üçün tam aydın məsələdir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo saxlanıla bilməz. Dağlıq Qarabağ coğrafi cəhətdən Azərbaycana aiddir və Azərbaycanın tərkib hissəsidir. BMT-nin bir sıra qətnamələri var ki, bu ərazilərin Azərbaycana aid olduğunu açıq şəkildə təsdiq edir. “Biz istəyirik ki, uzun müddətdən bəri davam edən münaqişənin sülh yolu ilə həlli istiqamətində mümkün olan hər şeyi edək”, – deyə Nikolas Löbel bildirib.
Xatırladaq ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizi beynəlxalq hüquq normalarına zidd olaraq işğal edilib. İşğal nəticəsində 1 milyondan çox azərbaycanlı öz doğma yurdlarından didərgin düşüb.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










