
Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələrinin İstanbulda keçirilən “Texnofest-2021” festivalında iştirakı Türkiyə mediasının diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, Anadolu Agentliyi ənənəvi “60 saniyədə bu gün” rubrikasında bu mövzuya yer ayırıb. Agentliyin təqdim etdiyi “Türkiyə və Azərbaycan təyyarələri Texnofestdən əvvəl İstanbulu salamladılar” sərlövhəli material digər media qurumları tərəfindən də yayımlanıb. Material iki qardaş ölkənin səma şahinlərinin möhtəşəm uçuşlarını əks etdirən orijinal kadrlar əsasında hazırlanıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
















“Polis Günü”nə həsr olunan fləşmob keçirilib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub











