
İşğaldan azad edilmiş ərazilərin bərpası, infrastrukturun yaradılması və təhlükəsiz yaşayış mühitinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən həyata keçirilən əməliyyatların genişləndirilməsi, maddi-texniki bazanın və potensialın artırılması istiqamətində işlər davam etdirilir.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Marşal İrsi İnstitutu (Marshall Legacy Institute, MLI) ilə ANAMA arasında imzalanan Anlaşma Memorandumuna əsasən Malinua cinsli xüsusi təlim keçən minaaxtaran daha 6 it (MAİ) agentliyə təhvil verilib.
Humanitar minatəmizləmə fəaliyyətində səmərəli üsullardan biri hesab olunan minaaxtaran itlərin dəstəyindən texniki tədqiqat və minatəmizləmə əməliyyatlarında istifadə edilir.
Xüsusi hazırlıq keçən minaaxtaran itlər öz bələdçiləri ilə uyğunlaşma təlimindən və Beynəlxalq Minatəmizləmə Standartlarına (İMAS) uyğun akkreditasiyadan keçirildikdən sonra işğaldan azad edilən ərazilərdə humanitar minatəmizləmə əməliyyatlarına cəlb olunacaq.
Minaaxtaran itlərin ölkəyə gətirilməsi “Silk Way West Airlines” şirkəti tərəfindən təmənnasız olaraq həyata keçirilib.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










