
Aprelin 28-də Qazax rayonunun işğaldan azad edilmiş Qızılhacılı kəndi ərazisində mina hadisəsi baş verib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) AZƏRTAC-a verilən məlumata görə, agentliyin əməkdaşı, 1985-ci il təvəllüdlü Paşayev Elnur Oruc oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyadaəleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Paşayev Elnur bədənin müxtəlif nahiyələrindən yüngül xəsarətlər alıb.
Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.
















Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə təkbətək görüşü olub
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib











