XX əsrin əvvəllərində milli zəmində erməni-azərbaycanlı qarşıdurması və erməni millətçilərinin apardıqları etnik təmizləmə nəticəsində indiki Ermənistan ərazisindən azərbaycanlı əhalisinin əhəmiyyətli hissəsi qovulmuşdu.

1918-ci ilin ortalarından Andronikin rəhbərliyi altında erməni silahlı birləşmələri Zəngəzurda müsəlman yaşayış məntəqələrinin məhv edilməsində və regionun etnik cəhətdən təmizlənməsində böyük rol oynadı. Öz siyasi məqsədləri olan Britaniya komandanlığı Andronikə öz fəaliyyətini Qarabağa yaymağa imkan vermədi. Andronik özü ilə Şərqi Anadoludan, əsasən Muş və Bitlisdən 30 min erməni qaçqını gətirmişdi. Türkiyədən gələn ermənilərin bir hissəsi Zəngəzurda qaldı, qalanları isə erməni dövlətinin əsas regionlarını etnik cəhətdən eynitərkibli etmək məqsədilə İrəvan və Dərələyəz bölgələrində qovulmuş müsəlmanları əvəzlədilər. SSRİ EA-nın Qafqaz Etnoqrafik Məcmuəsindəki məlumatlara görə, “Ermənistanda azərbaycanlıların məskunlaşdıqları ərazilər boşaldılırdı. Burada daşnaklar tərəfindən “ölkənin yadellilərdən, birinci növbədə isə müsəlmanlardan təmizlənməsi” siyasəti həyata keçirilir və onlar Yeni Bayazit, İrəvan, Eçmiədzin, Şərur-Dərələyəzdən qovulurdular”.
Daha sonra məcmuədə bildirilir:
1897-ci ildə burada yaşayan 137,9 min əhalinin 63,6 min nəfəri erməni (46,2%), 71,2 min nəfəri azərbaycanlılar (51,7%), 1,8 min nəfəri isə kürdlər (1,3%) idi. 1922-ci ildə həyata keçirilən kənd təsərrüfatı işləri ilə bağlı siyahıya almaya görə isə Zəngəzurda 63,5 min nəfər, o cümlədən, 56,9 min nəfər erməni (89,5%), 6,5 min nəfər azərbaycanlı (10,2%) və 0,2 min nəfər rus (0,3%) yaşayırdı.
Erməni tarixçisi A.Boryana istinad edən amerikalı tarixçi F.Kazemzadənin sözlərinə görə, 1918-1920-ci illərdə müstəqil Ermənistanın daşnak hakimiyyəti idarəetmə ehtiyaclarına görə deyil, “müsəlman əhalini qovmaq və onların əmlakını ələ keçirmək məqsədilə yaradılmışdı”. Əvvəllər Türkiyənin nəzarət etdiyi, sonradan isə erməni ordusu tərəfindən ələ keçirilən ərazilərdə müsəlmanların məhv edilməsi nəhəng miqyas almışdı.
x-uni.com saytının materialına əsasən Gündüz Nəsibov hazırladı
















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











