
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, mundialın final oyununda İspaniya və Argentina yığmaları qarşılaşıb. Nyu-York şəhərindəki “MetLayf” stadionunda oynanılan görüş Avropa təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın əsas vaxtında hesab açılmayıb. Əlavə vaxtda İspaniya millisi fərqlənə bilib. 106-cı dəqiqədə rəqib qapısına yol tapan Ferran Torres İspaniyaya qələbə qazandırıb. Bununla da komanda tarixində 2-ci dəfə dünya çempionu olub.
Qeyd edək ki, İspaniya yığması daha əvvəl 2010-cu il mundialında qızıl medallara sahib çıxmışdı.
01:44
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında İspaniya və Argentina yığmaları arasında keçirilən final oyununda ilk qol vurulub.
AZƏRTAC xəbər verir ki, Nyu-York şəhərindəki “MetLayf” stadionunda oynanılan qarşılaşmanın 106-cı dəqiqəsində Avropa təmsilçisi hesabı açıb.
İspanların heyətində Ferran Torres dəqiq zərbə ilə komandasını hesabda önə keçirib – 1:0.
Qeyd edək ki, matçda əlavə vaxt oynanılır.
01:18
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında İspaniya və Argentina yığmaları arasında keçirilən final oyununda əlavə vaxt oynanılacaq.
AZƏRTAC xəbər verir ki, Nyu-York şəhərindəki “MetLayf” stadionunda oynanılan qarşılaşmanın əsas vaxtında hesab açılmadığından komandalar meydanda daha 30 dəqiqə mübarizə aparacaqlar.
Əlavə vaxtda da qalib müəyyənləşməsə, penaltilər seriyasından istifadə olunacaq.
00:22
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında İspaniya və Argentina yığmaları arasında keçirilən final oyununda ikinci hissə başlayıb.
AZƏRTAC xəbər verir ki, Nyu-York şəhərindəki “MetLayf” stadionunda oynanılan qarşılaşmanın ilk yarısında qapılara qol vurulmayıb – 0:0.
23:58
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında İspaniya və Argentina yığmaları arasında keçirilən final oyununda birinci hissə başa çatıb.
AZƏRTAC xəbər verir ki, Nyu-York şəhərindəki “MetLayf” stadionunda oynanılan qarşılaşmanın ilk yarısında hesab açılmayıb və komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar – 0:0.
Qeyd edək ki, final görüşünü sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edir.
23:05
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında İspaniya və Argentina yığmaları arasında final oyunu başlayıb.
AZƏRTAC xəbər verir ki, Nyu-York şəhərindəki “MetLayf” stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Qeyd edək ki, final görüşünü sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edir.
















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











