…Ermənistanın Azərbaycana hərbi təcavüzü 1988-ci ildən başlayıbdır. Bu təcavüz nəticəsində məlum səbəblərə görə Azərbaycan Respublikası ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilibdir. İşğal olunmuş torpaqlardan bir milyondan artıq azərbaycanlı zorla yerindənyurdundan çıxarılıb, didərgin düşüb, əksəriyyəti çadırlarda yaşayır. Onlar həmin təcavüz zamanı həyatlarını xilas edənlərdir. Ancaq on minlərlə insan vətənimizin torpaqlarını müdafiə edərkən həlak oldu, şəhid oldu, uşaqlar da şəhid oldular. Əsir düşən insanların içərisində uşaqlar da vardır. Bu, XX əsrin sonunda Azərbaycan xalqı nın başına gəlmiş faciədir. Bu faciənin ən dəhşətli hadisəsi Xocalı soyqırımıdır. Davamını oxu
All posts by Rəşad Süleymanov
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Respublikasının yəhudi icmasına müraciətindən – Bakı şəhəri, 3 may 1997-ci il
…Xalqımızın tarixinə qanlı səhifə kimi daxil olmuş Xocalı soyqırımı ağlasığmaz erməni vəhşiliklərinin miqyasına görə Kiyevdəki Babiy Yarda, Varşava və Krakov gettolarında faşistlərin törətdikləri kütləvi insane qırğınları ilə bir sırada durur… Davamını oxu
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xocalı soyqırımının altıncı ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətindən – Bakı şəhəri, 23 fevral 1998-ci il
…Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə tayı-bərabəri olmayan vəhşilik aktı, insanlığa qarşı tarixi bir cinayətdir… Davamını oxu
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə günü münasibətilə çıxışından – 1 iyun 1998-ci il
…Ermənistan-Azərbaycan münaqişəsinin başlanması, Ermənistanın Azərbaycana təcavüz etməsi ilə əlaqədar döyüşlər gedibdir, insanlarımız həlak olubdur, şəhid olubdur, qurbanlar vermişik. Davamını oxu
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyevin Xocalının düşməndən müdafiəsində iştirak etmiş, şəhid olmuş milli qəhrəmanların, döyüşçülərin valideynlərinə, ailə üzvlərinə və fərqlənənlərə “Qızıl Ulduz” medalları, “Azərbaycan Bayrağı” ordenlərinin təqdim edilmə mərasimində nitqindən – 26 fevral 1999-cu il
…XX əsrdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı dəfələrlə təcavüz edilibdir, soyqırımı törədilibdir. Onlardan ən dəhşətlisi Xocalı faciəsi, soyqırımıdır… Davamını oxu
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 31 mart – Azərbaycanlıların Soyqırımı günü münasibətilə Azərbaycan xalqına müraciətindən – Bakı şəhəri, 29 mart 2000-ci il
…1992-ci ilin fevralında keçmiş sovet qoşunlarının yaxından köməyi ilə erməni hərbi birləşmələri müasir tarixdə analoqu olmayan müdhiş faciə törətdilər. Azərbaycan şəhəri Xocalının minlərlə müdafiəçisi və dinc sakini öldürüldü, əsir alındı, şəhər yerlə yeksan edildi. Bu misilsiz vandalizm və soyqırımı aktlarından məqsəd xalqımızı qorxutmaq, onun mübarizə əzmini qırmaq idi… Davamını oxu




“Polis Günü”nə həsr olunan fləşmob keçirilib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub











