“Böyük Qələbə – 75 (məqalələr toplusu)” Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “1905.az kitabı” seriyasından olan növbəti nəşridir.

Bu barədə AZƏRTAC-a “1905.az kitabı” seriyasının tərtibçisi və elmi redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Fuad Babayev məlumat verib.
O deyib ki, faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunan kitab AVCİYA-nın prezidenti Elxan Süleymanovun təşəbbüsü ilə çap edilib. Yeni nəşrdə tanınmış Azərbaycan tarixçilərinin və gənc tədqiqatçıların əsərləri toplanıb. Böyük Vətən müharibəsində Azərbaycanın iştirakı və xalqımızın faşizm üzərində qazanılmış qələbəyə verdiyi töhfələr tarix üzrə elmlər doktorları Sevinc Əliyeva və Məhərrəm Zülfüqarlının, tarix üzrə fəlsəfə doktorları İlqar Niftəliyevin, Rövşən Hətəmovun, Nigar Axundovanın, Günay Hüseynin, gənc tədqiqatçılardan Şəfa Mövsümovun, Ruslan Ağamalıyevin və Sahibə Musayevanın məqalələrində araşdırılıb.
Kitabda, həmçinin “1905.az” Diskussiya Klubunda baş tutmuş üç söhbətin yazısı da yer alıb.
















Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib VİDEO









