Avronest PA həmsədrlərinə,
Avronest PA Büro üzvlərinə
Hörmətli həmkarlar,
Katibliyin bu günlərdə göndərdiyi məktubda iki Komitə üzrə məruzənin AP komponenti katibliyi, digər iki Komitə üzrə isə ŞT komponentinin katıbliyi tərəfindən hazırlanması təklif edilir.
Katibliyin məktubunda “ədalətli” bölüşdürülmə təklif edilsə də, AP komponenti katibliyinin Siyasi Komitə üzrə məruzəni götürdüyü bildirilir. Bununla bağlı bildirmək istərdik ki, Avronest PA-da hər iki komponent bərabər hüquqlara malikdirlər, AP ilə ŞT ölkələri bərabər hüquqlu tərəflərdirlər.
Hesab edirik ki, AP katibliyinin Siyasi Komitə üzrə məruzə layihəsinin hazırlanmasını öz üzərinə götürməsi AP-nin ŞT ölkələrinə təsir vasitəsini saxlamaq cəhdi kimi qiymətləndirilməlidir. Biz dəfələrlə belə təzyiqlərin və ayrıseçkiliyin şahidi olmuşuq. Misal üçün, AP-nin seçkiləri müşahidə missiyasının 2013-cü ildə Azərbaycanda prezident seçkilərini ədalətli və şəffaf seçkilər kimi qiymətləndirməsinə baxmayaraq, bu qurum müxtəlif qeyri-obyektiv və qərəzli bəhanələrlə 2015-ci ildə seçkilərə müşahidə missiyası göndərməməyi qərara alıb. Bununla yanaşı, AP deputatlarına da müstəqil şəkildə Azərbaycanda seçkiləri müşahidə etməyə qadağa qoyulub.
Azərbaycan nümayəndə heyəti qeyd edilənlər kontekstində Siyasi Komitənin məruzəsinin ilkin variantının AP komponenti katibliyinin hazırlamasına qəti etiraz edir və bu etiraz nəzərə alınmayacağı təqdirdə Siyasi Komitənin iclaslarına, o cümlədən Assambleyada həmin məruzənin müzakirələrinə qatılmayacağını bildirir.
Hörmətlə,
Elxan Süleymanov,
Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri

















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









