İran ABŞ-nin ölkəyə endirdiyi zərbələrin İslamabad Anlaşma Memorandumunun müddəalarını pozduğunu bəyan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi “Fars” agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ-nin İrana hücumu memorandumun birinci və ikinci bəndlərinin kobud şəkildə pozulmasıdır. Qəribabadi, həmçinin Vaşinqtonun son üç həftə ərzində sənədin şərtlərini dəfələrlə pozduğunu iddia edib.
Xatırladaq ki, bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında gəmilərə hücum edildiyi iddialarına cavab olaraq İrana qarşı bir sıra zərbələr endirildiyini açıqlamışdı.
















Şuşa və Xocavəndə növbəti köç karvanları yola salınıb
Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb
“Polis Günü”nə həsr olunan fləşmob keçirilib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb











