Bu günlərdə Rusiyada, Kursk şəhərində “Azərbaycan Böyük Vətən müharibəsi illərində” kitabı nəşr olunub.
AZƏRTAC xəbər verir ki, kitabın çapında məqsəd Rusiyada diaspor fəaliyyəti göstərən həmvətənlərimiz üçün mühüm köməkçi vəsaitin hazırlanmasından ibarətdir.
Kitabın nəşr olunmasının təşəbbüskarı və müəlliflərindən biri Kursk vilayətinin Azərbaycan diasporasının rəhbəri Qasım Kərimovdur. Kitabda geniş oxucu kütləsinə məlum olmayan çox sayda əhəmiyyətli materiallar toplanıb. Kitab, müəlliflərdən biri, tanınmış azərbaycanlı tarixçi alim, tarix elmləri doktoru Vəfa Quliyevanın rəhbərliyi altında, bir qrup tanınmış mütəxəssis tərəfindən hazırlanıb. Nəşrdə bir sıra mühüm, etibarlı mənbələrdən istifadə edilib. Burada Sovet İttifaqı qəhrəmanları, bu müharibədə ölüm-dirim mübarizəsi aparanlarla yanaşı, Azərbaycanda arxa cəbhədə görülən işlər barədə də geniş məlumat verilib. Qələbənin təmin olunmasında mühüm rol oynamış neftçilərimizin, alimlərimizin, kənd təsərrüfatında çalışanlarımızın, səhiyyə işçilərimizin və s. gərgin fəaliyyəti barədə ətraflı məlumatlar yer alıb. “Hər şey cəbhə üçün, hər şey Qələbə üçün” prinsipi ilə gecə-gündüz çalışanların əldə etdikləri nailiyyətlər konkret misallarla oxucuların diqqətinə çatdırılır.
Bundan əlavə kitabda bəzi ölkələrdə tarixi saxtalaşdıraraq, faşizmi təbliğ edən mənfur insanlar haqda da söhbət açılır və bunun yolverilməz olduğu əsaslandırılır.
Kitabda, eyni zamanda, Azərbaycanda müharibə veteranlarına göstərilən diqqət barədə də ətraflı məlumat verilir.
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











