
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Pekində Çinin nəqliyyat naziri Li Siaopenlə görüşündə iki ölkə arasında nəqliyyat və logistika sahələrində əlaqələrin möhkəmləndirilməsi məsələləri müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, nazirlər “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Orta Dəhlizin inkişafına xüsusi önəm verildiyini qeyd ediblər.
Tərəflər dəmir yolu və avtomobil daşımaları, kombinə edilmiş yük daşımaları və ictimai nəqliyyat istiqamətində potensial əməkdaşlıq, iki ölkə arasında mülki uçuşların tezliyi və uçuş şəbəkəsinin genişlənidirilməsi imkanlarını müzakirə edib, müvafiq işçi qrupunun yaradılması barədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, nazir Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çinin paytaxtı Pekində I Qlobal Dayanıqlı Nəqliyyat Forumunda iştirak etmək üçün bu ölkəyə səfər edib.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










