Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Kəlbəcər istiqamətində bölmələrimizə atəş açması ilə bağlı məlumat yayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda bildirilib:
“Ermənistan Müdafiə nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinə atəş açması barədə açıqlama yayıb.
Ermənistan silahlı qüvvələri tərəfindən Silahlı Qüvvələrimizin mövqelərinə atəş açılması faktı öz təsdiqini tapıb. Açılmış atəş nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti sırasında həlak olan və ya yaralanan yoxdur.
Bu fakt bir daha onu sübut edir ki, Ermənistan tərəfi seçki öncəsi qəsdən iki ölkənin dövlət sərhədi istiqamətində vəziyyəti gərginləşdirmək və hərbi təxribatlar törətmək siyasətini davam etdirir.
Baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür”.
















Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib VİDEO









