
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu il aprelin 1-dən işinə başlayan “Qlobal Diaspor Sammiti-2022”nin sessiyasının iclasında iştirak edib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sessiyada Azərbaycanla yanaşı, Türkiyə, Ukrayna, İraq, Gürcüstan və digər dövlətlər də təmsil olunub.
Çıxışında iştirakçıları salamlayan və sammit təşkilatçılarına təşəkkürünü bildirən komitə sədri rəhbərlik etdiyi qurumla bir çox beynəlxalq təşkilatlar, eləcə də ayrı-ayrı ölkələrin müvafiq orqanları arasında memorandumlar imzalandığı, ortaq diaspor layihələrinin reallaşdırıldığı, əməkdaşlıq çərçivəsində nailiyyətlər əldə olunduğunu diqqətə çatdırıb.
Sessiya iştirakçılarına əlavə olaraq Azərbaycanın uğurlu diaspor siyasəti, həyata keçirilən layihələr, o cümlədən Diaspor Gənclərinin Yay düşərgələri, “Liderliyin İnkişafı”, “Diaspor Gəncləri 1+1”, “Beyinqazanma” proqramları və digər layihələr haqqında ətraflı məlumat verilib, diasporun təşkilatlanması və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi barədə danışılıb.
Xatırladaq ki, Qlobal Diaspor Sammiti-2022 İrlandiya Hökuməti və Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən birgə təşkil edilib.
Birinci Sammit 2003-cü ildə keçirilib və həmin il Azərbaycan tədbirdə ilk dəfə təmsil olunub.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










