
Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 406 nəfər müalicə olunaraq sağalıb, 123 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 334 min 539 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 326 min 269 nəfər müalicə olunaraq sağalıb, 4933 nəfər vəfat edib. Aktiv xəstə sayı 3337 nəfərdir.
Ötən müddət ərzində 3 milyon 551 min 620 test aparılıb. Bugünkü test sayı isə 9585-dir.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










