
Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 602 nəfər sağalıb, 417 yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.
Bu günədək ölkəmizdə 30 min 50 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 22 min 684 nəfər müalicə olunaraq sağalıb, 417 nəfər vəfat edib. Aktiv xəstə sayı 6949 nəfərdir.
Ötən müddət ərzində 683 min 548 test aparılıb. Bugünkü test sayı isə 7296-dır.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










