Ölkəmizin bütün şəhər və rayonlarında Ümummilli Liderin xatirəsinə həsr edilmiş anım mərasimləri keçirilir
Ulu öndər Heydər Əliyevin vəfatından 15 il ötür. Dekabrın 12-də səhər saatlarından başlayaraq, insanlar axın-axın Fəxri xiyabana gəlir, Ümummilli Liderin məzarı önündən keçərək xatirəsini ehtiramla anırlar. Fəxri xiyabanda yaşanan izdiham xalqın öz böyük oğluna əbədi məhəbbətini təcəssüm etdirir.
AZƏRTAC xəbər verir ki, müasir müstəqil Azərbaycan dövlətinin banisi, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini yad etməyə gələnlər arasında cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar – hərbçilər, təhsil, mədəniyyət və tibb müəssisələrinin nümayəndələri, müharibə və əmək veteranları, tələbələr, şagirdlər və başqaları var.
Ulu Öndərin xatirəsi hər bir vətənpərvər azərbaycanlı üçün əziz və müqəddəsdir. Çünki Azərbaycanın müasir tarixi, milli dövlətçiliyimiz bu dahi şəxsiyyətin adı ilə sıx bağlıdır. Xalqımız bütün şüurlu həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş Ümummilli Liderini heç vaxt unutmur və unutmayacaq.
Hazırda təkcə paytaxtda deyil, Azərbaycanın bütün bölgələrində, həmçinin xarici ölkələrdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimləri keçirilir.
Fəxri xiyabana insan axını davam edir. Ziyarətçilər buraya həm sonsuz qürur hissi, həm də sarsılmaz inamla gəlirlər. Azərbaycan Heydər Əliyev ideyalarının işığında sürətlə inkişaf edir, onun dünya miqyasında nüfuzu getdikcə artır. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin praqmatik siyasəti nəticəsində ölkəmiz möhtəşəm nailiyyətlər qazanır, ictimai-siyasi sabitlik qətiyyətlə qorunub saxlanılır.
Fəxri xiyabanda yaşanan izdiham bir daha göstərir ki, Heydər Əliyev mənən xalqı ilə birlikdədir, onun parlaq ideyaları yalnız bu günümüzə deyil, gələcəyə aparan yollarımıza da işıq saçır.


















Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib VİDEO









