İsveçin paytaxtı Stokholmda “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin istehsalı olan məhsulların satışını həyata keçirən mağaza açılıb.

Stokholmun Viksjö rayonunun ticarət mərkəzində “Azerbajdzjanska mattor” adı ilə yeni fəaliyyətə başlayan mağaza artıq yerli ictimaiyyətin marağına səbəb olub.
Bu barədə AZƏRTAC-ın müxbirinə məlumat verən mağazanın sahibi Əbülfəz Seyidov deyib ki, İsveçdə Azərbaycan xalçalarının satışını həyata keçirmək üçün mağaza açmaq fikri onun ailəsinə məxsusdur. Buna görə də ona məxsus “NGK-AZE” şirkəti Azərbaycan xalçalarının İsveçə idxalı üçün “Azərxalça”ya müraciət edib. Bundan sonra sahibkarın verdiyi təklif “Azərxalça” tərəfindən müsbət dəyərləndirilib və həmin şirkətin “Azərxalça”nın İsveçdəki distribüteri olması ilə bağlı razılıq əldə olunub.
Sahibkar bildirib ki, fəaliyyətə başlayan yeni mağazada Azərbaycan xalçalarının Bakı, Qarabağ, Quba, Şirvan və Gəncə qrupları üzrə müxtəlifölçülü xalçalar satışa çıxarılıb. Bundan başqa müştərilərə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin kataloqundan istənilən xalçaları seçmək imkanı da yaradılıb.
“Bu mağazanın açılışı həm azərbaycanlı ustaların əl işlərinin, həm də ölkəmizin mədəniyyətinin və tarixinin İsveçdə daha da tanıdılmasına kömək edəcəkdir”, – deyə Əbülfəz Seyidov vurğulayıb.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm










        
        
        





                
	                            Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
	                            Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
	                            Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
	                            Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
	                            Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib





                    


 
    
   
 
    
		  
		  
		
