
Noyabrın 11-də Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan və Macarıstan Respublikasının Baş nazirinin xanımı Aniko Levai Səmərqənddə Ekspo Mərkəzində təşkil edilən “Zamanın ilğımları” adlı sərgi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, fərqli dizaynla hazırlanan sərgidə insan üçün zamanın əhəmiyyəti və əsas həyat ölçülərindən biri olduğu xüsusi tərtibatla verilib. Sərgidə yer alan sərhədsiz qumluqlar sanki keçmiş günlərin sirlərini özündə saxlayır. Sərgi salonunun tavanı elə bir formada tərtib edilib ki, səmaya baxarkən insan özünü sanki ulduzların əhatəsində – qalaktikada hiss edir. Sərgidə ziyarətçilərə hadisələrin düzgün və dolğun çatdırılması üçün obrazları insanlar canlandırır. Burada yaxın sivilizasiyaların fraqmentləri, ustaların və sənətkarların əl işləri təqdim edilir.
Sərgi salonunu gəzərkən qaranlıqdan süzülən işıq tarixin bu ucsuz-bucaqsız azimutunda zamanın dayandığı yerdə həyat verən ilğım şəklində qarşımıza çıxır. Bura sanki yaradıcılar, rəssamlar, sənətkarlar və şairlər şəhəridir.
Pavilyonda nümayiş etdirilən fərqli və qədim zinət əşyaları, xüsusi işləmələr, parçalar və digər əşyalar sərgi ilə tanış olanlarda böyük maraq yaratdı.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










