
Azərbaycan Ankaranın Hacettepe Universitetində keçirilən Beynəlxalq Mədəniyyət Günündə təmsil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsində məqsəd Türkiyənin aparıcı universitetlərindən birinin müəllim və tələbələrinə dünyanın müxtəlif xalqlarının mədəniyyəti, tarixi və adət-ənənələri haqqında hərtərəfli məlumat vermək olub.
Azərbaycan stendinin hazırlanmasına ölkəmizin Ankaradakı səfirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi fəal dəstək göstərib. Mədəni tədbir iştirakçılarına milli musiqi alətləri və xalçalar, Azərbaycana həsr olunmuş nəşrlər təqdim olunub. Azərbaycan stendi universitet tələbələrinin böyük marağına səbəb olub.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










