İşğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış proqramı çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ofislərinin inşa edilməsi gözlənilir.
AZƏRTAC-ın xəbərinə görə, bu barədə Qızıl Aypara Cəmiyyətin bu gün keçirilən XXVI Baş Məclisində hesabat məruzəsi ilə çıxış edən qurumun icraçı katibi Ceyhun Mirzəyev məlumat verib.
O bildirib ki, Böyük Qayıdış proqramı çərçivəsində üç şəhərdə cəmiyyətin ofislərinin inşa edilməsi planlaşdırılır.