
Cari ilin 27 sentyabrında səhər tezdən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini şiddətli artileriya atəşinə tutmasına cavab olaraq Azərbaycan özünü müdafiə hüququ çərçivəsində hərbi əməliyyatlara başlamaq məcburiyyətində qalmış və qısa müddət ərzində ciddi uğurlar əldə etmişdir.
Hazırda Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında qalmış ərazilərimizin, bir sıra yaşayış məntəqələrinin işğaldan azad edilməsi və strateji yüksəkliklərin ələ keçirilərək nəzarətə götürülməsi sevincini yaşayır.
Bu gün Azərbaycan xalqı üçün tarixi məqam yetişmişdir və ölkəmizin ərazi bütövlüyünü təmin edilməsi, torpaqlarımızın tam olaraq son qarışına qədərişğaldan azad edilməsi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın dövlət suverenliyinin bərpa edilməsi üçün zəruri və münbit şərait yetişmişdir.
Bu gün hər bir Azərbaycan vətəndaşı, cəmiyyətimizin bütün siyasi və sosial təbəqələrinin nümayəndələri, digər ölkələrdə yaşayan dünya azərbaycanlıları Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycan Silahlı Qüvvələrinin yanında olduğunu bildirir, milli ordumuza dəstək ifadə edir.
Güclü həmrəylik nümayiş etdirən Azərbaycan xalqı qəhrəman və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin yaxın zamanlarda torpaqlarımızı işğaldan tam azad edəcəyinə və zəfər bayramının yaxında olduğuna inanır.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) bildirir ki, tarixi həqiqətlər, beynəlxalq hüquq normaları, ədalət və gələcək nəsillər qarşısında mənəvi borc Azərbaycan tərəfindədir.
Biz torpaqlarımızın işğaldan tezliklə azad ediləcəyinə əminlik ifadə edirik və qələbəyə daha da tezliklə nail olunması naminə dövlətimizə və ordumuza hər cür dəstək verməyə hər an hazır olduğumuzu bildiririk.
Eşq olsun Azərbaycan Respublikasına!
Eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə!
Qarabağ Azərbaycandır!
Qələbə bizimlədir!
2 oktyabr 2020-ci il
Bakı
















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











