Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva yanvarın 16-da Fransa Respublikasının sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Nikola Sarkozinin prezidentlik fəaliyyəti dövründə Fransa-Azərbaycan əlaqələrinin uğurlu inkişafında xanım Mehriban Əliyevanın rolu vurğulanıb. Qeyd edilib ki, xanım Mehriban Əliyevanın Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri kimi fəaliyyəti və eləcə də Heydər Əliyev Fondu tərəfindən Fransada mühüm humanitar layihələrin həyata keçirilməsi əməkdaşlığımızın daha da möhkəmlənməsi işinə böyük töhfə verib.
Görüşdə, eyni zamanda, bildirilib ki, Nikola Sarkozinin prezidentliyi dövründə Azərbaycan və Fransa dövlət başçılarının ikitərəfli münasibətlərin inkişaf etdirilməsi istiqamətində göstərdikləri fəaliyyət nəticəsində ölkələrimiz arasında əlaqələr bir çox sahələrdə genişlənib.

















Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub











