İşğaldan azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrimizin hərtərəfli mühəndis təminatı üzrə tədbirlərin icrası davam edir.
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri aparılır. Avtomobil və döyüş texnikası kalonlarının təhlükəsiz hərəkəti üçün yollar minalardan təmizlənir, bərpa olunur. Dağlıq ərazilərdə yerləşən bölmələrimizin mövqeləri istiqamətində yeni yolların çəkilməsi üzrə mühəndis işləri icra edilir. Bu günədək xeyli sayda mina və partlamamış döyüş sursatı utilizasiya edilib.
Azad edilmiş ərazilərimizdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir.
















“Polis Günü”nə həsr olunan fləşmob keçirilib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub











