
Bakıda Avropa Atıcılıq Konfederasiyasının 29-cu Baş Assambleyası keçirilir.
AZƏRTAC xəbər verir ki, Xəzri İstirahət və Sağlamlıq Mərkəzində təşkil olunan tədbirdə Beynəlxalq Atıcılıq Federasiyasının prezidenti Luçiano Rossi, Avropa Atıcılıq Konfederasiyasının Prezidenti Aleksandr Ratner, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Mariana Vasileva və 50-yə yaxın Avropa ölkəsinin təmsilçiləri iştirak edirlər.
Mərasimi giriş sözü ilə açan Mariana Vasileva hər kəsi Gənclər və İdman Nazirliyi adından salamlayaraq, atıcılığın Azərbaycanda populyar idman növlərindən biri olduğunu bildirib: “Əminliklə deyə bilərəm ki, 29-cu Baş Assambleyada düzgün qərarlar veriləcək. Hər birinizə uğurlar arzulayıram”.
İki ildən bir keçirilən Assambleyada növbəti illərdə Avropa çempionatına ev sahibliyi edəcək ölkələr üçün səsvermə prosesi, federasiyaların inkişaf istiqamətləri üzrə müzakirələr həyata keçiriləcək.
















“Polis Günü”nə həsr olunan fləşmob keçirilib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub











