
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Bakı şəhərində yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir. Ənənəvi olaraq Novruz bayramı ərəfəsində martın 15-də Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə paytaxtın Nərimanov rayonu ərazisində ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində icra qurumlarının əməkdaşları və İctimai Birliyin könüllüləri tərəfindən iqlim şəraitinə uyğun ağac və kol bitkiləri əkilib.
Eyni zamanda, gün ərzində paytaxtın kommunal xidmətləri tərəfindən xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı ərəfəsində şəhərdə təmizliklə bağlı daxili iməcilik keçirilib. Xidmətin xüsusi təyinatlı texnikası və əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordürlərin və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, BŞİH-in müraciətinə qoşulan özəl sektor nümayəndələri tərəfindən ticarət və digər obyektlərin vitrinləri və qarşısı təmizlənib.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, qurumuş budaqlar budanıb və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib.
Paytaxtda həyata keçirilən yaşıllaşdırma və təmizlik işləri davam etdiriləcəkdir.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










