Rəssam: Vaqif Ucatay.
1955-ci il iyun аyının 22-də Аzərbаycаnın Dəvəçi (Şаbrаn) rаyоnundа аnаdаn olub. 1978-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1987-ci ildə Sankt-Peterburq şəhərində Repin adına Rəssamlıq Akademiyasını bitirmişdir. 1990-cı illərdən karikatura ilə ciddi məşğul olur. Əsərləri bir sıra kitab və jurnallarda çap olunub. 1993-cü ildən pedaqoq-rəssam kimi fəaliyyət göstərir. 2007-ci ildə fərdi sərgisi açılıb. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin və FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür.
Xaspolad adlı bir müsəlman Qalanın ətrafında yerləşən bir dəyirmanı icarəyə götürmüş və onu bir kişi ilə övrətinə tapşırmışdı. Qarət və qan tökməklə məşğul olan erməni dəstələrinin biri həmin dəyirmana gələrək böyük bir faciə törətmişdilər. Onlar kişini güllə ilə öldürdükdən sonra qucağında dörd aylıq uşaq olan qadına yaxınlaşdılar. Erməni cəlladları onları da öldürmək istəyəndə övrət dedi ki, Allah xatirinə məni öldürün, ancaq uşağa əl vurmayın. Ermənilərdən ikisi irəli çıxıb dedilər ki, qorxma uşağı öldürməyəcəyik. Onlar uşağı qadından alıb bələyini açdılar. Erməniləri uşağın ayaqlarından tutub qüvvətlə hərəsi bir tərəfə çəkdilər. Uşaq iki para oldu. İki yerə bölünmüş uşağın parçalarını ananın üstünə atdılar. Ana bu vəhşiliyə dözə bilməyib huşunu itirdi. Cəlladlar bu qadını da bir neçə güllə ilə qətlə yetirdikdən sonra dəyirmanda olan taxılı və unu, eləcə də malı qarət edib apardılar.
Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” kitabından. Səh.67-68. Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu. Bakı-2014