
Mayın 1-də “Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin həyata keçirdiyi “1001 palıd” layihəsinin icrasına Biləsuvarda start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə çərçivəsində Biləsuvar şəhərinin mərkəzi parkında palıd fidanları əkilib.
Bu nəcib təşəbbüsə rayonun bir neçə təhsil və gənclər təşkilatları da qoşulub.
“1001 palıd” layihəsinin davamı olaraq rayonda müəyyən olunmuş ərazilərdə palıd ağaclarının çoxaldılması planlaşdırılır.
Palıd fidanlarını böyütmək, onlara daimi qulluq etmək və ərazinin ayrılmasına Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən dəstək göstərilir.
















Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb
“Polis Günü”nə həsr olunan fləşmob keçirilib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər











