
ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun təşkilatçılığı ilə XX Bakı Yay Enerji Məktəbinin açılış mərasimi keçirilir.
AZƏRTAC xəbər verir ki, bu il 20-ci yubileyini qeyd edən Bakı Yay Enerji Məktəbi “Enerji təhlükəsizliyi və innovasiya” mövzusuna həsr olunub. İki həftə davam edəcək beynəlxalq proqram çərçivəsində enerji təhlükəsizliyi, qlobal enerji bazarları, geosiyasi çağırışlar, enerji diplomatiyası, yaşıl enerji keçidi, bərpaolunan enerji, enerji investisiyaları və Azərbaycanın dəyişən qlobal enerji sistemindəki strateji rolu müzakirə olunacaq.
Açılış mərasimində ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev, bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Giovanni Cristofoli, energetika nazirinin müavini Elnur Soltanov, SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva və “GL Group”un Xarici əlaqələr və kommunikasiyalar üzrə qrup vitse-prezidenti İlqar İbrahimli çıxış edirlər.
Foto – Səfiyar Məcnun
Operator – Ələkbər Baxşiyev
















Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb
“Polis Günü”nə həsr olunan fləşmob keçirilib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər











