![]()
Bolqarıstanın “Azad və Demokratik Seçkilər Uğrunda Vətəndaş Təşəbbüsü” Təşkilatının müşahidə missiyasının üzvlərinin Azərbaycan Respublikası Prezidentliyinə namizədlərlə görüşü keçirilib.
Sechki-2018.az saytının məlumatına görə, Missiya rəhbərinin müavini Katya Mixailovanın moderatorluğu ilə keçən görüşdə Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev və “Cəbhəçilərin təşəbbüs qrupu”nun sədri Razi Nurullayevin səlahiyyətli nümayəndəsi Rafiq Daşdəmirov iştirak ediblər.
Görüş iştirakçıları imzatoplama prosesi, seçki kampaniyasının gedişi ilə bağlı fikirlərini beynəlxalq müşahidəçilərlə bölüşüblər.
















Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb
“Polis Günü”nə həsr olunan fləşmob keçirilib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər











