ABŞ-ın Massaçusets ştatının Boston şəhərinin meriyası Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar proklamasiya dərc edib.
Şəhərin meri Martin Ualş tərəfindən imzalanan proklamasiyada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə sovet ordusunun 366-cı alayının dəstəyi ilə erməni silahlı qüvvələrinin dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi qırğın nəticəsində 613 günahsız vətəndaşın, o cümlədən 106 qadının, 83 uşağın və 70 yaşlı vətəndaşın öldürülməsindən danışılır.
Qeyd olunur ki, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Sənəddə qeyd edilir ki, “Human Rights Watch” hüquq-müdafiə təşkilatının əlindəki dəlillərə əsasən, Xocalı soyqırımı 1990-cı illərin ən böyük qətliamıdır. Xocalı qətliamının Amerikanın 20 ştatı tərəfindən tanındığı qeyd olunur. Xocalı hadisələrinin dəhşətli itkilərdən xəbər verdiyi, habelə bütün dünyada insanların bir-birini daha yaxşı başa düşməsinin və onların tolerantlığının vacib olduğunu göstərdiyi üçün mer Martin Ualş 2021-ci il fevralın 26-nı Boston şəhərində Xocalı qırğınının 29-cu ildönümünü günü elan edib.
Sənəd Massaçusets ştatında yerləşən Yeni İngiltərənin Azərbaycan Mərkəzinə təqdim olunub. Qeyd edək ki, hazırda ABŞ Azərbaycanlıları Şəbəkəsi illik Amerika ictimaiyyətinin Xocalı qətliamı haqqında məlumatlandırma kampaniyasını keçirir.
AZƏRTAC-ın Vaşinqton bürosu Vaşinqton
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










