
“Səfərimin məqsədi əlaqələri genişləndirmək və münasibətlərə yeni impuls verməkdən ibarətdir. Görüşdə bir sıra beynəlxalq məsələləri və Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik”.
APA-nın məlumatına görə, bunu Braziliyanın xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreira Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Qonaq bildirib ki, Braziliya sülhsevər dövlətdir və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: “Biz istəyirik ki, Minsk qrupu çərçivəsində aparılan danışıqların nəticəsi olsun və sülh bərpa edilsin. Biz əlaqələrimizdə hüquqi çərçivənin yaradılmasını müzakirə etdik. Bu, iş adamları arasında əlaqələrə təkan verəcək. Gömrük və vergi sahəsində məlumat mübadiləsi barədə danışdıq. Azərbaycanda bir çox şirkətlər var ki, Braziliyanın investisiya proqramlarında iştirak edə bilər. Biznes sahəsində əlaqələr hazırda zəifdir. Ötən il iki ölkə arasında iqtisadi komissiya yaradılıb. Mart ayında Azərbaycandan olan nümayəndə heyəti Braziliyaya gələcək”.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










