
Britaniya parlamentində işğaldan azad edilmiş Azərbaycan ərazilərinin minalardan təmizlənməsi və yenidənqurma məsələsi qaldırılıb.
Azərbaycanın bu ölkədəki səfirliyindən AZƏRTAC-a bildirilib ki, Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sədr müavini Devid Duqid Britaniya parlamentində keçirilən müzakirələr zamanı Şimali Amerika və Avropa regionu üzrə dövlət naziri Leo Dokertiyə Britaniya Hökumətinin və şirkətlərinin Azərbaycanın Qarabağ regionunun Ermənistan Silahlı Qüvvələri tərəfindən basdırılmış minalardan təmizlənməsi və işğal dövründə talan edilmiş, dağıdılmış şəhərlərin və yaşayış məntəqələrinin yenidən qurulması üçün hansı dəstəyi göstərdiyini sorğu edib.
Sualı cavablandıran dövlət naziri Britaniya Hökuməti tərəfindən regiondakı humanitar vəziyyətin qiymətləndirilməsinin davam etdirildiyini, 2020-ci ildən etibarən regionun minalardan təmizlənməsi üçün BMT-nin İnkişaf Proqramına 1 milyon funt sterlinq vəsaitin ayrıldığını qeyd edib, yenidənqurma və reinteqrasiya məsələlərinə dair Azərbaycan Hökuməti ilə müzakirələrin aparıldığını bildirib.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










