Brüsseldə Azərbaycan-Belçika Koordinasiyası Mərkəzi,Dünya Azərbaycanlıları Birliyi, Azərbaycan-Hollandiya Mədəniyyət Assosiasiyası və bir sıra qurumların təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində etiraz aksiyası keçirilmişdir.
AzərTAc xəbər verir ki, Brüsselin “Square de Meeus” mərkəzi meydanından başlayan mitinq “Schuman” meydanında davam etmişdir. Əllərində Azərbaycan və Türkiyənin dövlət bayraqlarını tutmuş mitinq iştirakçıları Azərbaycan, türk, ingilis və fransız dillərində şüarlar səsləndirmişlər. Onlar beynəlxalq təşkilatları insanlığa yönəlmiş bəşəri cinayətə – Xocalı soyqırımına siyasi-hüquqi qiymət verməyə çağırmışlar.
Aksiya iştirakçılarına XX əsrin ən dəhşətli faciəsi olan Xocalı faciəsini əks etdirən fotolar, kitab və bukletlər paylanılmışdır.
23.02.2011
















Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub











